ArxivIslammədəniyyatXəbər lentiXəbərlər
Nahid Qəhrəmanlı MBH üzvünün saxlanılmasına etiraz etdi

Nahid Qəhrəmanlının fikirlərini Rakurs.tv-yə yaxınları çatdırıblar.
Rakurs.tv Nahid Qəhrəmanlının mövzu barədə açıqlamasını olduğu kimi təqdim edir:
“Dünyanı öz cəngi altına almış bu pandemiya dövründə polisin bu cür addımlar atması heç bir təqdirə uyğun deyil. Əksinə yeni bir avantajın yaranmasına zəmin yaradır. Xəstə və yaşlı insanların həbsdən azad olunması lazım olduğu bir zamanda Şamil kimi ağır və çarəsiz xəstəliyinə düçar olmuş şəxsi həbs etmək absurd bir işdir və heç bir humanistliyə və insan haqlarına uyğun deyil”.
Xatırladaq ki, iki gün əvvəl saxlanılan Müsəlman Birliyi Hərəkatının üzvü Şamil Həsənov beyinindən ağır xəstəlikdən əziyyət çəkir.