ArxivXəbər lentiXəbərlər
İran ABŞ-ın daha bir pilotsuz təyyarəsini endirib

İran ordusunun İnqilab Keşikçilər Korpusu ABŞ-ın kəşfiyyat pilotsuz təyyarəsini ələ keçirdiyini açıqlayıb. bu barədə “Təsnim” agentliyi məlumat yayıb.
FaktXəbər bildirir ki, Birləşmiş Ştatlara məxsus “MQ-9” pilotsuz təyyarəsi üzərində araşdırılma aparılması üçün Tehrana gətirilib.
Qeyd edək ki, İran ordusu bu günə qədər ABŞ və İsrail istehsalı olan bir neçə pilotsuz təyyarə ələ keçirib. İnqilab Keşikçilər Korpusunun ələ keçirdiyi pilotuszların siyahısı belədir:
- RQ-170 – ABŞ
2. MQ-1C – ABŞ
3. MQ-9 – ABŞ
4. Scan Eagle – ABŞ
5. Hermes 450 – İsrail
6. RQ-7 (Shadow 200) – ABŞ
7. RQ-11 ( AeroVironment RQ-11 Raven) – ABŞ.