Aktual
Narazı sabiqlər Əliyevə qarşı müraciət yayacaq

Sabiq deputat Hüseyn Abdullayevin beynəlxalq axtarışa verildiyi Interpolun rəsmi saytında təsdiqlənib. Artıq saytda keçmiş deputatın axtarışa verildiyi haqda məlumat dərc olunub.
Hüseyn Abdullayevə qarşı Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi qaldırılıb. Rəsmi məlumata görə, Hüseyn Abdullayev uzun müddət istintaqdan yayındığı üçün barəsində məhkəmə qərarı ilə axtarış elan olunub.
Xatırladaq ki, Hüseyn Abdullayev “Susma” mahnısından sonra hədəfə gəlib. “Azadlıq” bir neçə gün əvvəl ona həbs təhlükəsi yaranması barədə məlumat vermişdi.
Dünən aldığımız məlumatda isə deyilir ki, Hüseyn Abdullayev barədə cinayət işişin başlanması təkcə “Susma” mahnısına görə deyil. Məlumata görə, vaxtilə hakimiyyətdə təmsil olunmuş şəxslərdən ibarət birlik yaradılır. Həmin birliyin yaxın vaxtlarda Azərbaycan cəmiyyətinə müraciət edəcəyi gözlənilir. Hakimiyyət də bundan ciddi narahat olub. Iqtidar düşünür ki, bütün sabiqlər bu birlikdə ola bilər.
Məlumatda deyilir ki, Prezident Administrasiyasının sabiq işlər müdiri Akif Muradverdiyevin həbsi də bu narahatlıqla bağlıdır. Iqtidar düşünür ki, sabiqlərin Azərbaycan cəmiyyətinə müraciəti ölkədə siyasi fəallığı daha artıra bilər. Bu isə heç bir halda hakimiyyətə sərf etmir. Iqtidar təhlükənin qarşısını almaq repressiv üsullardan istifadəni məqbul sayır. Düşünür ki, bununla hakimiyyətdən narazı olan sabiqləri mövqelərindən çəkindirə bilər.(azadlıq)