ArxivXəbər lentiXəbərlər
Nardaran hadisələri ilə bağlı cinayət işləri məhkəməyə göndərildi

Saxlanılanlardan 20-yə yaxın şəxsin barəsində olan cinayət işi digərlərindən ayrılaraq baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.
APA xəbər verir ki, Həmin şəxslərin cinayət işinə məhkəmədə ayrı-ayrılıqda baxılacaq. İstintaqı başa çatan şəxslər əsasən Nardaran sakinlərdir. Onlar Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddəsinə əsasən ittiham olunurlar. Yaxın günlərdə həmin şəxslərin cinayət işli üzrə məhkəmə prosesləri başlayacaq.
Qeyd edək ki, ötən il noyabrın 26-da Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Nardaranda əməliyyat keçirilib. Əməliyyat zamanı 2 polis əməkdaşı və 4 nəfər həyatını itirib.
Başlanılan cinayət işi üzrə 70 nəfər saxlanılıb. Hazırda 50 nəfərdən çox şəxsin cinayət iş üzrə ibtidai istintaq davam etdirilir. Onlar Cinayət Məcəlləsinin 18 maddəsi üzrə ittiham olunurlar.