Bu gün Bakı Apellyasiya Məhkəməsində “Müsəlman Birliyi” adlı təşkilatın üzvü olan və Lənkəranda tutulan Elman Ağayevin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi ilə bağlı verdiyi şikayəti üzrə məhkəmə keçirilib.
Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb./lentaz/