Aktual
Gəncədə saxlanılan dindarların hamısı sərbəst buraxılıb

Gəncəlilərin sərbəst buraxılması ilə bağlı redaksiyaya məlumat daxil olub
Xəbər vermişdik ki, Gəncədə iftar məclisində Asəf Əliyev, Fəxri İlyasov, Ramin Məmmədov, Ramiz Sarıyev və adlarını dəqiqləşdirə bilmədiyimiz 4 ruhani ilə birlikdə 150 nəfər inanclı saxlanılaraq Xanlar rayon polis bölməsinə aparılıb. Saxlanılma səbəbi olaraq deyilib ki, “prezident aparatından iftar məclisləri təşkil etməklə bağlı qadağa var.
Xəbər verildikdən bir müddət sonra mənbə bildirib ki, saxlanılan bütün inanclılar sərbəst buraxılıb. Onlar artıq evlərinə qayıdıblar. Polis bölməsindən bildiriblər ki, onları icazəsiz iftar məclisi təşkil etdiklərinə görə saxlayıblar.(İslamazeri)