ArxivIslamXəbər lentiXəbərlər
Davudoğlu: “Əməvi məscidində namaz qılmaq istəyən Ərdoğana idi, mən deyildim”

Türkiyənin sabiq Baş Naziri Əhməd Davudoğlu indiki hökuməti tənqid edib.
O, açıqlamasında vurğulayıb ki, hökumətin Suriya siyasəti tamamilə iflasa uğrayıb.
Suriyanın paytaxtı Dəməşq şəhərindəki Əməvi məscidində namaz qılınacaq sözlərinin özünə aid olmadığını bildirən Əhməd Davudoğlu bu sözlərin indiki Prezident Rəcəb Tayyib Ərdoğana aid olduğunu dilə gətirib.
“Mən o dövrdə Xarici İşlər naziri idim. O dövrün Baş Naziri və Baş Qərargah rəisi məlumdur kimlərin olduğu. Sadəcə xüsusi kampaniya ilə bütün məsuliyyət mənim üzərimə atıldı”, – deyə Əhməd Davudoğlu qeyd edib.