ArxivXəbər lentiXəbərlər

Nardaranlı əsgər cəbhədən məktub yazdı

“Sənin başını uca edəcəm həmişə. Şəhid olsam, qoyma, anam ağlasın”

İslamazeri.az-ın İnterAz-a istinadən xəbər verir ki, əsgərin atasına göndərdiyi məktubda cəbədəki vəziyyət və ordunun ruh yüksəkliyi haqqında məlumat verilib.

Məktubu sizə təqdim edirik:

“Canım anam və atam. Allahın salamı olsun sizə. Necəsiniz, salamatlıqdır? Nardaranda vəziyyət necədir? Kənd üçün çox darıxmışam. Canım anam, məndən nigaran qalmayın. Hər şey əladır. Əsgərlərimiz dua edir ki, əmr gəlsin. Daha bir şey qalmayıb. Düşmən qorxur, qaçır.

Hə, bir də deyim ki, mənlə bir yerdə 4 nardaranlı uşaq cəhbədəyik. Bir də qonşu kənddən, Maştağadan var. Bütün əsgərlər can deyib, can eşidirik. Hə, canım atam, bilirəm ki, məni şəhid görmək istəyirsən. Sənin başını uca edəcəm həmişə. Şəhid olsam, qoyma, anam ağlasın. Ona deyərsən ki, İmam Hüseyin (ə) Kərbəlada 6 aylıq oğlundan keçdi. İnşallah hər şey yaxşı olacaq. Ləbbeyk, Ya Hüseyn.

Hörmətlə: Əsgər Əlizadə Hüseyn!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button