Qafqaz.ir xəbər verir ki, Rusiya Federasiyasının paytaxtında “20 Yanvar” faciəsi şəhidlərinin əziz xatırəsi Moskva Əhli-Beyt (ə) İslam Cəmiyyətinin təşəbbüsü ilə yad olunub.
Moskva İslam Mərkəzində baş tutan anım tədbiri Quran qarilərinin müqəddəs kitabdan tilavət etdikləri ayələrlə açılıb. Daha sonra Əhli-Beyt (ə) məddahları və mərsiyyəxanlar şəhidlərə ithaf edilmiş şeirlər və mərsiyələr oxuyub.
Mərasimdə cəmiyyət rəhbərləri çıxışlar edib, əziz şəhidlərin ruhları üçün dualar edilib.