ArxivXəbər lentiXəbərlər
Natiq Kərimov və İnqilab Əhədovun məhkəmə istintaqı başa çatıb

Dövlətə xəyanətdə ittiham olunan Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə qapalı keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. Proses aprelin 13-də davam etdiriləcək. (APA)