ArxivFatimi yaşayişXəbər lentiXəbərlər
Nemətdə qərq olmaq

وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا سَنَسْتَدْرِجُهُم مِّنْ حَيْثُ لَا يَعْلَمُونَ
Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədriclə məhvə yaxınlaşdıracağıq! (dərəcə-dərəcə aşağı endirəcəyik)!(Əraf” surəsi, ayə 182)Qafqaz mədəniyyət mərkəzi- Ata, sən demədin ki, Allah imanlı insanların yardımçısıdır və günahkarlardan isə uzaqdır?
– Bəli, oğlum. Elədir.
– Bəs necə olur ki, günahkarların hamısı naz-nemət içində yaşayırlar?
– Çox yaxşı sualdır mənim gözəl oğlum. İmam Hüseyn (ə) bir duasında bu sualın cavabını vermişdir:
“İlahi! Məni nemətlərində qərq etməklə əzab uçurumuna tərəf çəkmə və məni nemətlərə düçar etməklə tənbeh etmə.”[1]
[1] . “Əl-durrətul-bahirə minəl-əsdafit-tahirəh”, səh. 23.