ArxivXəbər lentiXəbərlər
Neyanyahu “İslam təəssübkeşi” maskası taxan Ərdoğanı ifşa etdi

İsrail rejiminin Baş naziri Benyamin Netanyahu Türkiyə və bu ölkənin prezidenti Rəcəb Tayyip Ərdoğan barədə açıqlama verib.
O bildirib ki, iki il əvvəl Suriyadakı vəziyyətə görə Türkiyə ilə onlar arasında razılaşma və barışıq olub: “Amma indi iki tərəf arasında heç bir informasiya əməkdaşlığı yoxdur. Xüsusilə də Suriya mövzusunda”.
Eastnews.org-un verdiyi xəbərə görə, Netanyahu Yunanınstan və Kiprdən olan həmkarları ilə görüşdə Türkiyəni tənqid edərək bildirib ki, Türkiyə qeyri-demokratik ölkəyə çevrilir: “Ərdoğan hər iki həftədən bir məni Hitler adlandırır. Mən bu yolun sonunda işıq görmürəm”.