Aktual

Nicat Əliyev ekspertizadan keçirilib

Bakı İstintaq Təcridxanasında saxlanan dini fəal, jurnalist Nicat Əliyev barəsində məhkəmə-tibb ekspertizası keçirilib
Vəkil Abil Bayramov bildirib ki, ekspertiza iyulun 15-də onun iştirakı ilə baş tutub: “Nicat Əliyev Məhkəmə-Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyində ekspertiza olundu. Həm xarici xəsarətlər, həm də daxili orqanlarla bağlı müayinə aparıldı. Ekspert əsasən xarici xəsarətlərlə bağlı müşahidə apardı və qeyd etdi ki, həqiqətən də Nicatın bud və çənə nahiyəsində xəsarət izi, dodağında çapıq yeri qalıb. Daxili orqanlarında heç bir problem müəyyən edilmədi. Bu faktlar qeyd olundu. Amma ekspert rəyinin necə olacağını hələlik demək çətindir. Məsələ orasındadır ki, ekspert həmin xəsarətlərin ötən il mayın 20-25-də yetirildiyini müəyyən etməlidir. Nicat Əliyevə işgəncələr verilməsindən artıq 14 ay keçib. Bu müddət ərzində hələ də xəsarət izlərinin qalması tutulan zaman ona ciddi işgəncələrin verildiyini sübut edir”.

Nicat Əliyevlə bağlı məhkəmə-tibb ekspertizası onun müdafiəçilərinin Bakı Ağır Cinayətlər Məhkəməsində verdiyi vəsatətə əsasən keçirilib.

Jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsindəki məhkəmə prosesi zamanı tutulanda ona ağır işgəncələr verildiyini, ciddi xəsarət aldığını demişdi.(mediaforum)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button