ArxivIslamXəbər lentiXəbərlər
Nyu-Yorkda “Müsəlman dünyasında poetik səslər” adlı sərgi keçrilir

Nyu-Yorkda “Müsəlman dünyasında poetik səslər” adlı səyyar sərgi təşkil olunub.
Maide.Az “patch.com” xəbər saytına istinadən xəbər verir ki, sərgidə dünyanın müxtəlif ölkələrində yaşayan müsəlman qadın və kişilərin həyatında, müsəlman cəmiyyətin formalaşması və tarixində şerin təsiri və rolu mövzusunda əsərlər nümayiş olunur.
Sərgi 2017-ci ilin aprel ayının əvvəlinə kimi davam edəcək.
Bu səyyar sərgi indiyədək Amerikanın 11 şəhərində nümayiş olunub və indiyədək 300 mindən çox insan sərgiyə baxış keçirib.
Sərgidə fotolar, İslam dünyasının tanınmış şairlərinin əsərləri azərbaycan, ərəb, fars və urdu dillərində sərgilənir.