Aktual
AİP-in sədr əvəzi və daha 5 dindar sərbəst buraxılıb

Onlar Yasamal rayon məhkəməsində xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar
İslamazeri.az-ın verdiyi xəbərə görə, bu gün İsrail səfirliyinin qarşısında keçirilən aksiya ilə bağlı saxlanılan 6 nəfər azad olunub.
Onlar Yasamal rayon məhkəməsində xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar.
Saxlanılanlar arasında AİP-in sədr əvəzi Hacı Elçin Manafovda olub.
Qeyd edək ki, aksiya zamanı kişilərdən başqa ondan çox qadın da saxlanılmış, lakin qadınlar və kişilərin əksəriyyəti sonra sərbəst buraxılıblar.