ArxivXəbər lentiXəbərlər
Rusiyada ilk dəfə fasiləsiz Quran oxunacaq

Qol-Şərif məscidində ilin 365 günü Quran ayələri səslənəcək.
Tatrıstan Respublikasının paytaxtı Kazanda yerləşən Qol-Şərif məscidində cümə günündən etibarən Quranı faziləsiz oxumağa başlayıblar.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, Tatarıstanın Müsəlman-Ruhani İdarəsinin mətbuat xidmətindən bildirilib ki, Qol-Şərif məscidində bundan sonra ilin 365 günü Quran ayələri səslənəcək.
Qeyd edək ki, Quranın fasiləsiz oxunmağı Rusiyada ilk dəfədir həyata keçirilir.