Tarix

Nizami Gəncəvi haralıdır və ya kimindir?

1993 cu ilin payızında Əllamə Məhəmmədtəqi Cəfəri ilk dəfə bakıya ziyarətə gəlmişdi.

Özünün də bildirdiyinə görə gəlişinin məqsədi dahi şair Nizami Gəncəvinin qəbrini ziyatət etmək idi. Bunu da qeyd edim ki, Əllamə əslən azərbaycanlı, təbrizlidir. Mövlanaşünas, nizamişünasdır. bir çox kitabların müəllifidir. Təkca mövlananın məsnəvisinə 36 cild, “Nəhcül-bəlağə” kitabına isə 27 cild, şərh yazmışdır. Əl-qərəz, böyük ustadır. Bakı Dövlət Universitetində düzənlən görüşdə onun həyat və yaradıcılığını işıqlandıran büroşürü zaldakılara paylayanda coxusu heyrətdən, təəccübdən qaşlarını yuxarı dartdı, Buna inanmayanlar da oldu ki, bir insanın bu qərdər əsər yazması qeyri-mümkündür. Yanımda oturmuş riyaziyyat müəllimlərindən biri tez-tələsik vur-çıx etməklə onun bu qədər əsəri yazması üçün nə qədər işləməsi lazım gəldiyini hesablayırdı.
Əllamə Bakıda çox qəribsədi. Məğrib və işa namazlarını qılmağa Təzə Pir məscidinə gəlmişdi. Əmmaməli bir ruhaninin o zaman Bakıda görünməsi nadir hallardan idi. Yerli ruhanilər İrandan güclü molla gəlib nəzərilə Əllamənin ətrafında həlqə vurub müxtəlif şəriət məsələlərini soruşrdular. Biri dəstamazı necə almağı, biri qonşunun bağından bu tərəfə çıxmış ənciri qoparıb yeməyin halal olub-olmadığını – hərə bir şey soruşurdu. Əllamə təmkinlə cavab verirdi. Məlumat üçün deyim, o zaman Əllamənin ingiltərədə bir saatıq gedib fəlsəfədən gənc alimlərə məruzə etməsi üçün İngiltərə dövləti filan qədər pul və xüsusi təyyarə ayırmışdı. Vaxtı tələf olmasın deyə elə Bakıya da xüsusi təyyarə ilə gəlmişdi.
Əllamə bütün vaxtını saatını elmi görüşlərə ayırmışdı, həsrətlə bizim alimlərlə görüşüb fikir mübadiləsi aparmaq istəyirdi. Nəhayət Baki Dövlət Universitetində gözlənilən saat gəlib yetişdi. 2 saat ərzində alimlərimizdən Əllaməni qane edəcək, coşqun elmi mübahisəyə, müzakirəyə qatacaq bir sual gəlmədi. Zaldakılardan biri qalxıb təkidlə Əllamədən bir suala cavab verməsini istəyirdi: Ustad, zəhmət olmasa deyin görək, Nizami Gəncəvi azərbaycanlıdır ya iranlıdır? farsdır ya türk olmuşdur?
Bu anda Əllamənin məyus sifətini görərdiniz. Bu insan elm dəryasıdır təlatümə gəlmək istəyir, amma zalda bir meh də əsmir. Əllamə Nizaminin astranomiya, fiizika, təbabətlə bağlı fikirlərindən, ədəbi fəlsəfi görüşlərindən bəhs etmək istəyir, ona isə provakasiya xarakterli suallar verirdilər. Əllamənin cavabı belə oldu: Nizami, Hafiz, Sədi kimi şairlər bəşəriyyətindir. Nə sənindir, nə mənim. Onların elmi mirası bəşəriyyətin önündə açılmış təmənnasız süfrədir. Kim yeyirsə onundur. Bu gün Nizaminin irsini kim araşdırırsa öyrənirsə, bəhrələnirsə həqiqətdə Nizami onundur.
Akademiyada keçirilən görüşdə də eyni suallarla Əllamənin ürəyini sıxdılar. Səhərisi Gəncəyə yola düşdü. Getdi Nizami ilə dərdləşməyə.

islamaz.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button