ArxivXəbər lentiXəbərlər
NMR-nin daxili işlər naziri təyin olunub

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov Fazil Ələkbərovu bu muxtar respublikanın daxili işlər naziri vəzifəsinə təyin edib.
İRİB-in Bakıdan verdiyi məlumata görə, Fazil Ələkbərov NMR-nin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində fəaliyyət göstərirdi.
NMR-nin DİN rəhbəri Əhməd Əhədov idi və o Talıbovun göstərişi ilə iyunun 28-də vəzifəsindən kənarlaşdırıldı.