Növbəti əsassız iddia: Dindarların mitinqdə iştirakında İranın rolu olub

Vahid Xalq Cəbhəsi Partiyasının sədr müavini dindarların İranın dəstəyi ilə “Milli Şura”nın mitinqində iştirak etdiklərini iddia edib.
“Ölkə” internet portalının məlumatına görə, Niyaməddin Orduxanlı iddia edibki, İran İslam Respublikası şiə dindarların Bakıda keçirilən mitinqdə iştirak etməsində rola malik olub.
Bəzi analitiklərin qənaətinə görə, Vahid Xalq Cəbhəsi Partiyasının sədr müavini tərəfindən belə bir iddianın irəli sürülməsində məqsəd ümumi fikri çaşdırmaq və iki ölkə əlaqələrinə zərbə vurmaqdır.
“Milli Şura”nın şənbə günü təşkil etdiyi mitinqdə dindarların geniş formada iştirak etməsi bəzi dairələr tərəfindən heç də xoş qarşılanmayıb.
Bu dairələr Azərbaycanda dini mentalitetin güclənməsindən nigarandırlar.