ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər
Haniyə: “Məscidül-Əqsada baş verənlər misli görünməmiş cinayətdir”

Qafqaz Həqiqətləri xəbər verir ki, Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Haniyə sionist rejimin Əl-Əqsa məscidində fələstinli ibadət edənlərə qarşı vəhşicəsinə hücumlarına və 240 nəfərin yaralanmasına reaksiya verib.
O, belə bildirib: “Məscidül-Əqsada baş verənlər, bu hadisələrlə məhdudlaşmayacaq və gələcəkdə də başqa ölçülərə sahib olacaq misli görünməmiş bir cinayətin başlanğıcıdır. Hər kəs Fələstində, ərəb dünyasında və İslam dünyasındakı vəzifələrini bilməli və bu vəzifələri yerinə yetirməlidir”.
qafqaz.ir/az