ArxivXəbər lentiXəbərlər
Nurçuların lideri vəfat etdi – Foto

Səid Nursinin tələbələrindən olan Əbdülqədir Badıllı müalicə aldığı xəstəxanada vəfat edib.
Axar.az Anadolu Agentliyi-nə istinadən xəbər verir ki, Badıllı bu səhər Ankaradakı Qazi Universitetinin xəstəxanasında ölüb.
Barla Platforması başqanı Badıllının ikindi vaxtı qılınacaq cənazə namazından sonra dəfn ediləcəyini bildirib: “Dəfn mərasimi Bədiüzzaman həzrətlərinin sağ olan tələbələri ilə ölkə daxili və xaricindən çoxlu adamın iştirakı ilə baş tutacaq”.
Qeyd edək ki, Badıllı “Müfəssəl həyat tarixçəsi” adlı 3 cildlik kitabı ilə də tanınırdı.