ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Nüvə anlaşması üzrə birgə komissiyanın iclası başlanıb

 İclas Vyana şəhərində yerləşən Kuborq otelində keçirilir.

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqiri və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və nüvə anlaşması üzrə birgə komissiya koordinatorunun müavini Enrike Mora bu iclasa başçılıq edirlər.

Dünən bu məqsədlə Vyanaya yola düşən Baqiri bu gün Çin və Rusiyanın baş müzakirəçilərilə üçtərəfli iclas keçirib, ondan sonra da ikitərəfli görüşdə Enrike Mora ilə danışıqlara başlayıb.

Baqiri bir tvittdə bugünkü görüşləri barədə bunları yazıb: İş gününə Rusiya və Çinin baş müzakirəçiləri ilə faydalı və konstruktiv bir görüşün təşkilatçısı kimi başladım. Birgə komissiyanın iclası ərəfəsində də Enrike Mora ilə görüş keçirdim. İran ciddi anlaşmaya davam edib və xalqımızın hüquq və maraqlarını təmin edəcək yaxşı bir razılaşmaya nail olmaq əzmindədir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button