Aliməqam Rəhbər Ayətullahuluzma Xamenei bu gün nüvə sənayesi üzrə sərgiyə baxış keçirdikdən sonra bu zəmində fəaliyyət göstərən məsul şəxslər, ekspertlər və elm adamlarına tövsiyyələr veriblər.
İRNA-nın məlumatına əsasən, Aliməqam rəhbər buyurublar: İstər bizimlə müzakirə tərəfi olan ölkələr, istərsə də agentliyin özü daxil olmaqla müxtəlif sahələrdə çoxları verdikləri vədləri yerinə yetirmədilər.
Ayətullah Xamenei həmçinin vurğulayıblar: 20 ildir düşmən bizim üçün nüvə problemi yaradır. Çünki nüvə sənayesində hərəkətin ölkənin elmi irəliləyişləri üçün açar hökmündə olduğunu yaxşı bilirlər.
O həzrət vurğulayıblar: Nüvə silahı bəhanəsi yalandır. Bunu özləri də bilirlər. Biz öz islami əsaslarımıza görə, silaha tərəf getmək istəmirik.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər (11 iyun) İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə saat yarım müddətinə ölkənin nüvə sənayesinin nailiyyətləri sərgisinə baxış keçiriblər.