ArxivXəbər lentiXəbərlər
“O özbaşına, kimsəyə demədən oraya çıxıb, burada bizlik heç nə yoxdur” –

Bir müddət əvvəl Bakı şəhəri, Müşfiqabad qəsəbəsi, Yeni Yaşayış Kompleksi, bina 7, mənzil 62 ünvanında yaşayan Ağdam rayonundan məcburi köçkün olan, şəhid bacısı Elmira Qasımovanın gənc övladı Cavanşir Qasımovu şikəst edən şirkətlə (“AN Media” MMC) bağlı məlumat vermişdik. Elmira Qasımova yenidən bizə müraciət edib hadisədən üç ilə yaxın bir müddətin keçməsinə baxmayaraq sözügedən şirkətin bir dəfə də olsun oğlu ilə maraqlanmadığını, vəziyyətinin dəyişməz olaraq qaldığını bildirərək aidiyyatlı qurumlardan kömək istəyib.
Məsələyə münasibət bildirməsi üçün “AN Media” MMC –nin direktoru İlqar Şahhüseynovla əlaqə saxlamağa çalışsaq da direktor zəngimizə cavab vermədi. Direktorun müavini Rahil Tağızadə “Şirkətin Cavanşir Qasımov adlı işçisi olmayıb. Biz ona deməmişdik ki, dirəyə çıxsın. O özbaşına, kimsəyə demədən oraya çıxıb, burada bizlik heç nə yoxdur” deyərək əlavə suallar verməyə imkan verməyərək telefonu qapadıb.