Aktual
Obamadan Ərdoğana sürpriz zəng

ABŞ prezidenti Barak Obama və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında bu gün telefon söhbəti olub.
Söhbət bir saat davam edib. İki lider son prosesləri dəyərləndirib.
Xəbəri bu gün keçirilən Nazirlər Kabineti toplantısından sonra baş nazirin müavini və hökumət sözçüsü Bülənt Arınç verib. Arınç bu gün saat 17:00-da Obamanın Ərdoğana zəng vurduğunu və müsbət atmosferdə söhbət etdiklərini deyib.