ArxivXəbər lentiXəbərlər

Əhali ilə məsullar arasında həmrəylik yaratmaq üçün mədəni potensiallardan istifadə olunacaqdır

Ərdəbil imam cüməsi demişdir: Əhali ilə məsullar arasında həmrəylik yaratmaq üçün zəngin mədəni və sənət potensiallarından istifadə olunmalıdır.

Qafqaz mədəniyyət mərkəzinin TƏSNİM-dən nəqlən verdiyi raporta əsasən ayətüllah seid Həsən Amili Ərdəbil mədəniyət və islami irşad baş idarəsinin işçi heyəti, eləcə də Ərdəbil əyaləti məscidləri mərkəzinin məsulları ilə görüşündə bildirmişdir: müəzzəm rəhbərliyin 94-cü ili “dövlət və millət, həmrəylik” ili elan edilməsini nəzərə alaraq bu şüarın cəmiyyətimizdə həyata keçirilməsi və bu istiqamətdə lazımi planların hazırlanmasına çalışmalıyıq. O, mədəniyyət və sənət ictimaiyyətində həmrəyliyin zəruriliyini vurğualayaraq demişdir: bu, cəmiyyətin mədəniyyət və sənət sahəsində böyük dəyişiklik yarada və bu sahənin inkişafına səbəb ola bilər. çünki əhali ilə məsullar arasında hər hansı bir sahədə həmrəyliyin olması daha çox uğurlara zəmin yaradır. Ərdəbil imamcüməsi mədəniyyət və sənət sahələrində fəaliyyət göstərənlərin ilin şüarının həyata keçirilməsində effektiv olduqlarına işarə edərək bildirmişdir: bu sahədə çalışanlar səy etməlidilər ki, effektiv olduqlarını sübuta yetirsinlər, əhali ilə məsullar arasında həmrəylik yaratmaq üçün öz mədəni və sənət potensiallarından istifadə etsinlər. Amili açıqlamışdır: Ümid edirik ki, mədəniyyət və sənət ictimaiyyətinin və bu sahədə çalışanların öz effektiv rollarının fərqinə varacaq, əhali ilə məsullar arasında həmrəylik yaratmaq üçün daha ciddiyyətlə çalışacaq, cəmiyyətin mədəni və sənət problemlərinin həllində addımlar atacaqlar. Vəliyyi-fəqihin Ərdəbil əyalətindəki nümayəndəsi artırmışdır: bu təbəqə ölkəmizin zəngin mədəniyyət və sənət potensiallarını öyrənməli, qərbin mürəkkəb mədəni hücumunu nəzarət altına almalı, tam ayıqlıqla bu hücumlara mane olmalı, cəmiyyətdə əsl İran-İslam mədəniyyətini yaymalıdırlar. O, mədəniyyət və sənət adamlarını əyalət üçün böyük fəxr hesab edərək demişdir: mədəniyyət və sənət ictimaiyyətinin vasitəsilə əldə edilmiş nailiyyətlər Ərdəbil əyalətinin fəxridir və hamımız çalışmalıyıq ki, bu təbəqəyə layiqli qiymət verilsin. Amili yeni ili təbrik edərək bildirmişdir ki, təbiətdəki dəyişikliklərdən ilham alaraq özümüzdə yenədnqurma aparmalı xeyr işlərimizi gücləndirməliyik. Çünki Allah bütün bəndələrin niyyət və əməllərini bilir və bütün niyyət və əməllərin nəticəsini axirət üçün saxlayır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button