ArxivXəbər lentiXəbərlər
Ölkədə 1 milyon 300 min işsiz var

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə əmək qabiliyyətli əhalinin sayı 6 198 700 nəfərdir.
Cəmi işləyənlərin sayı isə (Bura bir tikə çörəkdən ötrü Azərbaycanı tərk edən 3 milyondan çox vətəndaşları da daxil ediblər) 4 671 600 nəfər təşkil edir. Ali təhsil müəssisələrində və doktoranturada (xarici ölkələrdən olan tələbələr daxil olmaqla) oxuyanların sayı 168 041nəfər, orta ixtisas təhsil müəssisələrində oxuyanlar isə 56 456 nəfərdir.
Yerdə qalan 1 302 603 nəfər işsizlərdir. Bu, ölkə üzrə 21 faiz işsiz deməkdir. Artur müəllim isə deyir ki, işsizlik səviyyəsi 4,9 faizə enib.
Yazı iqtisadçı-ekspert Vahid Məhərrəmovun feysbuk səhifəsindən götürülüb.