Xəbərlər

Gürcüstanın Marnauli rayonunda məscidə gələn gənclərin sayı çoxalıb

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marnauli rayonunda gənclərimizin dinə meyilliliyi çoxalır.

SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, Marnauli rayonunda İmam Əli (Ə) adına məscid fəaliyyət göstərir. Məscidin təməli hicri tarixi ilə 1152-ci il, Miladi tarixi ilə isə 1739-cu ildə qoyulub. Hazırkı binası isə 1998-ci ildə tikilərək 2000-ci ildə istifadəyə verilib. Hazırda qədim Borçallı mahalının Marnauli rayonu ilə yanaşı, Dumanisi və Bolnisi rayonlarından da məscidə namaz qılmaq üçün gələnlər olur. Ümumiyyətlə, son dövrlər Gürcüstanda azərbaycanlıların dinə meyilliyi çoxalıb. Bu barədə İmam Əli (Ə) adına məscidin axundu Hacı Hacıyev məlumat verib.
Məlumat üçün bidirək ki, İmam Əli (Ə) adına məsciddə xeyriyyə fondu da fəaliyyət göstərir ki, həmin fondun hal-hazırda 300 nəfərdən çox üzvü var. Fond fəqir və yoxsul insanlara yardım məqsədi ilə yaradılıb.
Ruhanilər bu gün gənclərimizin dinimizə yaxınlaşmalarını və məscidlərə üz tutmalarını müsbət hal kimi qiymətləndiriblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button