ArxivXəbər lentiXəbərlər

Omsk şəhərində böyük məscid inşa olunacaq

Rusiyanın Omsk şəhərində 1200 ibadət yeri olan məscidin inşası planlaşdırılıb.

SalamNews-un İslam.ru saytına istinadla verdiyi xəbər görə, regionun böyük ibadətgahlarından olacaq məscid “Sibirin ürəyi” adlanacaq. Burada konfrans zalının, dəstəmaz otaqlarının, dini ayinlərin icrası üçün geniş yeməkxana və əlbəttə, kişi və qadınların ayrılıqda ibadətləri üçün geniş zallar nəzərdə tutulub.

Omsk şəhərinin meri inşaat işləri üçün torpaq sahəsini Müsəlman İdarəsinin istifadəsinə 49 il müddətinə əvəzsiz olaraq verib.

Məscid şəhərin ən izdihamlı yerində – Arxitektorlar bulvarında ticarət mərkəzi ilə üzbəüz tikiləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button