Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, briqada generalı Əlirza Səbahi-Fərd bu barədə deyib: “Gözlənilən təhdidlərə və mümkün qarşıdan gələn çağırışlara uyğun olaraq, qabaqcıl uzaqmənzilli radarların, raketlərin və pilotsuz təyyarələrin istehsalı ordunun hava hücumundan müdafiə qüvvələrinin bu il gündəmindədir”.
O qeyd edib ki, Ordunun hava hücumundan müdafiə qüvvələri ölkənin hava sərhədlərinə tam nəzarət edir və minlərlə müdafiə məntəqəsində mütəxəssislər diqqətlə müşahidə və monitorinq aparırlar.