ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Ötən il Gürcüstana gələn turistlərin sayı Azərbaycan və Ermənistana gələnlərin cəmindən 1.6 dəfə çox olub

2023-cü ildə Gürcüstanı 7,1 milyon turist ziyarət edib.
Ən çox ziyarətçi – 1,2 milyon nəfər Rusiyadan gəlib. Bu, ümumi ziyarətçilərin 23,2 faizidir.
Bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin məlumatında deyilir.
Gürcüstana gələnlər arasında ikinci yeri 21,4 faizlə Türkiyə vətəndaşları tutub. Üçüncü yerdə isə 13,5 faizlə Ermənistan qərarlaşıb.
Gürcüstanın 2023-cü ildə qəbul etdiyi turist sayı 2022-ci ildəkindən 31.2 faiz (həmin il 6,2 milyon turist gəlmişdi) çox olub.
Hər turistin Gürcüstanda orta hesabla 2097 lari (1341 manat) xərclədiyi bildirilir.
Ermənistana isə 2023-cü ildə 2,3 milyon turist gəlib. Bunun indiyədək olan ən yüksək göstərici olduğu bildirilir.
Ermənistan Turizm Komitəsinin rəhbəri Sisian Poqosyan deyib ki, rəqəm 2019-cu illə müqayisədə 20, 2022-ci illə müqayisədə isə 32 faiz çoxdur.
