Pərviz Həşimli intihara cəhd edib

Pərviz Həşimli ona verilən işgəncələri vaxtı və forması ilə qeyd edib. Amma o qeydlər məhkəməyə gətirilməyib.
Proses zamanı vəkil hakimdən Pərviz Həşimlinin qeydlərinin gətirilməsini tələb edib. Pərviz ona verilən işgəncələri vaxtı və forması ilə qeyd edib. Amma o qeydlər məhkəməyə gətirilməyib.
Vəkil qeydlərin gətirlməməsini əsas gətirirərək məhkəmədən icazə alaraq zaldan çıxıb. P.Həşimli də etiraz olaraq arxasını məhkəməyə çevirib. Hakim bunu məhkəməyə hörmətsizlik kimi qeyd edib və Pərvizi zaldan çıxarıblar. Məhkəmə vəkilsiz və müttəhimsiz davam edib. Qərar isə vəsatətin təmin edilməməsi olub.
Pərviz özünə qəsd etməyə çalışıb. Ona verilən fiziki və mənəvi işgəncələrə dözməyərək özünə qayçı ilə xəsarət yetirməyə çalışıb.
Amma onun bu hərəkətinin qarşısı alınıb. Bu barədə vəkil Elçin Sadıqlı məlumat verib.
Musavat