AktualAktualArxivXəbər lentiXəbərlər

Hacı Şahin Həsənlinin İrana səfəri ilə bu təyinat arasında heç bir əlaqə yoxdur.

Qafqaz Mədəniyyət Mərkəzi bu yaxınlarda müqəddəs Qum şəhərində keçirilən “Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin nəzərində” konfransı barədə məlumat verib. Bu konfransda bir çox müsəlman ölkələrindən gəlmiş alimlər və tədqiqatçılar iştirak edib, təkfiçi cərəyanlar və onların təhlükəsindən danışılıb. Təkfirçiliyə qarşı mübarizənin zərurəti vurğulanıb, mübarizə yolları nəzərdən keçirilib. Azərbaycan Respublikası da ruhanilərdən ibarət nümayəndə heyəti ilə konfransa qatılan ölkələrdəndir. Azərbaycandan gəlmiş nümayəndə heyətində Qafqaz Müsəlmanları İdarəsinin rəisi Allahşükür Paşazadə, Məşədi Dadaş məscidinin imam camaatı Hacı Şahin Həsənli də olub. Son günlər Azərbaycanda diqqəti çəkən hadisələrdən biri Şahin Həsənlinin QMİ-nin Bakının Nəsimi rayonunda nümayəndəsi təyin edilməsidir. Bu hadisə İrana səfərdən sonra baş verib və möminlər arasında müəyyən müzakirələrə səbəb olub. Adının çəkilməsini istəməyən mötəbər mənbənin verdiyi xəbərə görə Hacı Şahin Həsənlinin İrana səfəri ilə bu təyinat arasında heç bir əlaqə yoxdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button