Qafqaz Mədəniyyət Mərkəzi – Ərdəbilin imam cüməsi və Vəliyyi-fəqihin əyalət üzrə nümayəndəsi Ayətullah Seyid Həsən Amili bu həftənin cümə namazında Azərbaycan və Ərdəbil əyalətinin əhalisinə layiqli və əzəmətli əzadarlıq keçirdiklərinə görə öz təşəkkürünü bildirib.
İmam cümə çıxışının davamında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin göstərişi ilə imam Hüseyn (ə) əzadarlarının həbs edilməsinə toxunaraq deyib: “Ayaqqabı ilə məscidə daxil olan adamdan bundan başqabir iş gözlənilmirdi. Onun bu hərəkəti Azərbaycan dövlətinin əleyhinədir və dövlət onun belə hərəkətlərinin qarşısını almalıdır. O həmişə özünün bu əməlinə düçür olacaq və ömrünün sonuna kimi etdiyi hərəkətlərinin aqibətinin qorxusu ilə yaşayacaq. Əlbəttə, Gəncə əhalisi Tasua və Aşura mərasimlərində özlərinin əzəmətli iştirakı ilə nə qədər vilayətçi və imamətçi olduqlarını göstərdilər”.
Həzrət Ayətullah Amili Ərdəbiləyalətində yaşayan əhli-sünnə qardaşlarına, əsasən də Ənbəran əhalisinə keçirdikləri əzadarlıq mərasiminə görə xüsusi təşəkkür edib.
Bu il Rusiyada azərbaycanlıların əzadarlıq məclisində iştirak etmiş Ayətullah Dərbənd, Mahaçqala, Sankt-Peterburq, Moskva və Rusiyanın digər şəhərlərində şiələrin geniş əzadarlıq mərasimlərini alqışladığını və razı qaldığını qeyd edərək, bu ölkədə təbliğçilərin hüzurunun zəruriliyini vurğulayıb.
İmam cümə bildirib: “Sələfilər Rusiyada hüzur qazanmaq üçün böyük addımlar atıb. Onlar gələcəkdə Rusiyanın idarəçilik sistemlərinə nüfuz edə bilsələr, bu məsələ əhli-beyt (ə) ardıcılları üçün çox narahat edici olacaq”.
O artırıb: “Rusiyada islamçılığın gündəlik inkişafına diqqət etməkləbu ölkə yaxın gələcəkdə bir müsəlman ölkəsinə çevriləcək. Vəhabilərin geniş hüzuru və özlərinin batil və sapındırıcı əqidələrini tərvic etmələri bu ərazinin şiələrini təhlükə ilə üzləşdirəcək. Ona görə də bizim Rusiyada ciddi hüzurumuz olmalıdır. Gənclərimizə tövsiyə edirəm ki, rus dilini öyrənsinlər, vitural məkanda və mediada dinimizi təbliğ etməklə özlərinin əhli-beytə (ə) və imam Hüseynə (ə) olan borclarını ödəsinlər”.
Ayətullah Seyid Həsən Amili Moskva radiosuna müsahibəsi, Dağıstanın dini işlər üzrə naziri ilə görüşü, Dinlər barədə konfranda iştirakı və Aşura konfransında iştirakı barədə məlumat verib.
ƏrdəbilinÜmumi Mədəniyyət Şurasının sədri xütbəsinin digər hissəsində bildirib: “Ərdəbilin əzadarlıq mərasimləri ətraf şəhərlər və ölkələr üçün qaynaq və örnək hesab olunur. Ona görə də bu mərasimlər dəqiq və incəliyi ilə həyata keçirilməlidir”.
Ərdəbilin əzadarlıq mərasimlərinin dünyanın bütün xalqlarının gözü qarşısında baş tutduğuna toxunan Ayətullah deyib: “Əzadarlıq mərasimləri insanlıq və qəhrəmanlıq iftixarlarının ismarıcının daşıyıcısı və bütün xalqlara təqdim etməli şəkildə olsun. Bəşəriyət üçün belə ismarıcı olmayan, məfhum və anlayışı olmayan, yaxud Allah eləməmiş digər xalqlar arasında şiələr üçün təhlükəli sui-zənlərə səbəb ola bilən əzadarlıq keçirilməsin”.
İmam cümə xütbələrində tövsiyə edib ki, Məhərrəm ayından əxlaqi, irfani və qəhrəmanlıq azuqələri götürsünlər, məhərrəmlikdən sonra da əzadarlıqdan əldə edilən nailiyyətlərə diqqət etsinlər, zəhmətlə əldə etdikləri mənəvi nailiyyətləri əldən çıxarmasınlar.
Ərdəbil əhalisinin Rəhbərlik Ekspertlər Məclisinində nümayəndəsicümə xütbəsinin ikinci hissəsində son günlərdə avtomovil qəzası nəticəsində həyatını itirmiş böyük alim, arif və güclü tədqiqatçı höccətül-islam vəl-müslimin Mövlayi barədə danışaraq onun vəfatını ölkənin elmi dairələri, ruhaniyyət, Ərdəbil əhalisi və mərhumun ailəsinə başsağlığı verdi.
İran İslam Respublikasının Suriya məsələsinin müzakirəsi üçün Vyanada keçirilən iclasa dəvət olunmasına toxunan imam cümə deyib: “Onlar iki dəfə Suriyanın dostları adı ilə konfrans təşkil etdilər, amma İranı dəvət etmədilər. İndi İranın siyasi çəkisinin yuxarı qalxması və ölkəmizin regionda müstəsna təsir balansına diqqət etməklə dəvət etməyə məcbur oldular. Bu, İranın iğtişaş yaranmış ölkələr barədə düzgün məntiqini təsdiqləyir. İran İslam Respublikasının məntiqinə əsasən, bütün ölkələrin taleyini gərək həmin ölkənin xalqları təyin etsin və demokratiya məntəqədə hökm sürən bütün problemlərin yekun həll yoludur”.
O, qərbin demokratiya barədə iddialarını münafiqlik adlandıraraq deyib: “Demokratiya onların əlində öz qanunsuz maraqlarına çatmaq üçün bir alətdir və onlar hökumətin qanuniliyini seçki qutularından toplanan səs yolu ilə bilmirlər”.
İranın balistik raketin sınaqdan keçirməsinin ardınca ABŞ-ın İrana cavab veriləcək deyə təhdid etməsinə və Avropa ölkələrinin Təhlükəsizlik Şurasına şikayətinə cavab verən imam cümə deyib: “Heç bir xalq özünü müdafiə etmək üçün başqalarından icazə almır. Bu hərəkət onların çox qorxulu niyyətlərindən xəbər verir”.