ArxivXəbər lentiXəbərlər

Pak Ayin: Qarabağ münaqişəsinin Fələstin məsələsinə oxşarlığı yoxdur

İranın Bakıdakı səfiri Qarabağ münaqişəsinin Fələstin məsələsinə hər cür oxşarlığını rədd edib.

İranın Bakıdakı səfiri Möhsün Pak Ayin APA ilə müsahibədə İranın Qarabağ məsələsi və Fələstin mövzusu qarşısındakı mövqeyi barədə bildirib ki, Fələstin və Qarabağ məsələləri bir-birilərindən tamamilə fərqlənirlər. İranın Qarabağ məsələsi qarşısında ikili mövqeyi yoxdur.

Pak Ayin deyib ki, sionist rejim tərəfindən Fələstin xalqına edilən zülm və qırğın Qarabağ məsələsilə müqayisə ediləsi deyil. O, söyləyib: Bu gün Qəzzə əhalisi sanksiyada vəziyyətindədir və sionist rejim onlara qida maddələri və dərmanın göndərilməsinə mane olur.

İranın Bakıdakı səfiri sionist rejimin İranın baxışından saxta bir rejim və bütün dünya üçün bir hədə olduğunu bildirib və deyib ki, bu vəziyyət dəyişməlidir və Fələstin xalqı öz ölkəsini əldə etməlidir.

Pak Ayin əlavə edib: Bu gün Ermənistan və Azərbaycan Respublikasının başçıları Qarabağ münaqişəsinin həlli üçün müzakirələr aparırlar ki, ola bilsin, tez bir zamanda nəticəyə çatmış olsun, amma Fələstin məsələsi sionist rejimin inadkarlığı üzündən müzakirə ilə həll olunmayacaq.

İranın Bakıdakı səfiri deyib ki, İran daim beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının kənarında olub və İranın prinsipial mövqeyi Azərbaycan Respublikası daxil olmaqla bütün ölkələrin ərazi bütövlüyünü himayə və münaqişənin dinc həllidir.

İranın Bakıdakı səfiri Tehranın regionda müharibənin yenidən alovlanmasını istəmədiyini bildirərək, deyib ki, toqquşma və qarşıdurma Azərbaycan Respublikasının və regionun xeyrinə olmayacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button