Həsən Ruhani Azərbaycanda yaşayan iranlılarla görüşüb

İran İslam Respublikası prezidenti İranın regiondakı rolunu sülh və inkişaf yolunda əməkdaşlıq adlandırıb və deyib: Bu gün dünyanın heç bir ölkəsi regionda sülh və təhlükəsizliyin təmin edilməsində İranın təsirli və konstruktiv rola malik olduğuna şübhə ilə yanaşmır.
Həsən Ruhani bazar günü axşam Azərbaycanda yaşayan iranlılar ilə görüşdə Azərbaycanın digər qonşu ölkələr ilə müqayisədə malik olduğu üstün cəhətlərə işarə edib və deyib: İran və Azərbaycan müştərək din, məzhəb və tarixə malikdir. Və bu, hər iki ölkə xalqının maraqlarının təmin edilməsi üçün dəyərli bir fürsətdir.
Cənab Ruhani əlavə edib: İranın 11-ci hökuməti “uduş-uduş” siyasətini yalnız nüvə müzakirələrində deyil, digər ölkələr ilə əlaqələrində də yürüdür.
İran İslam Respublikası prezidenti həmçinin, İranın geo-siyasi mövqeyinə, şərq və qərb, şimal və cənub arasında bir körpü rolu oynamasına işarə edərək, deyib: Qonşu və region ölkələri arasında əməkdaşlıqların genişləndirilməsi yolu ilə ölkəmizin tarixi və turizm cazibədarlıqlarından yaxşı şəkildə faydalanmalıyıq.