AktualAktualArxivXəbər lentiXəbərlər

Parsabadda 19 Yanvar mərasimi keçirildi-Foto

19 Yanvar Azərbaycan müsəlman xalqının öz Ana Vətəninə (İran İslam Respublikası) daxil olmasının ildönümü münasibətilə Parsabad Azad İslam Universitetində “Baba Torpaq” adlı toplantı keçirilib.

Qafqaz Mədəniyyət Mərkəzi -Toplantı, Qafqaz müəssisəsinin sabiq rəhbəri və universitet müəllimi Nəsiryanfər, bir sıra idarə və mədəniyyət qurumlarının məsul şəxsləri, universitet alimləri, müəllimlər bəsicliyi, universitetlərin tələbələr bəsicliyinin iştirakı ilə Parsabad Azad İslam Universitetinin toplantı salonunda keçirilib. Parsabad Ümumi Kitabxanalarının müdiri qərb ölkələrinin inkişaf etməkdə olan müsəlman ümməti və ölkələri arasında təfriqə yaratmaq üçün planlar cızmalarına işarə edərək deyib: “Öz aralarında sərhədləri götürən, birlik yaradan, ölkələri arasında vizasız səfər edən və birliyin üzvü olan Avropa ölkələri, müsəlmanların vəhdətindən narahatdırlar”.

Höccətül-islam Əmin PurMühəmmədi artırıb: “Avropanın nüfuz etdiyi və dini təfriqə yaratmaq istədiyi müsəlman ölkələrinin bariz nümunəsi Azərbaycan Respublikasıdır. Bu ölkə əhalisinin əksəriyyəti şiədir”.

O deyib: “Ölkə və dövlətimizin rəsmilərindən gözləntimiz budur ki, dost və müsəlman ölkə olan Azərbaycanla daha artıq münasibətlər qurmağa təlaş etsin. Biz də öz din qardaşlarımızla daha çox anlaşma yaratmaqla əzizlərimizin islami kimliklərini müdafiə edə bilək”.

Qafqaz müəssisəsinin sabiq rəhbəri, Qafqaz məsələləri üzrə nəzəriyyəçi və ekspert Nəsiryanfər deyib: “İran və çar Rusiyası arasında baş verən uzun sürən müharibələrdən sonra İran torpaqlarının böyük ərazisi olan 17 əyalət çar Rusiyasına birləşdirildi. Azərbaycanın müsəlman xalqı da Vətənə dönməyə həsrət qaldılar. Onların bu həsrətini yazdıqları şer və kitablarında hiss etmək olar”.

O, əlavə edib: “Azərbaycan müsəlmanlarının İrana xüsusi təəssübləri var idi. Çar hökuməti onların İrana birləşməsindən qorxduğu üçün anti-İslam və anti-İran siyasəti həyata keçirdi. Çar hökuməti başa düşmüşdü ki, Azərbaycan xalqının öz vətənləri olan İrana xas sevgisi vardır. Ona görə də bu bölgədə öz siyasi və mədəni nüfuzunu yeritməyə cəhd edirdi”.

Nəsiryanfər çıxışının davamıda deyib: “Çar hökumətindən sonra gələn sosialist və kommunist hökuməti bu siyasəti daha geniş formada davam etdi. Hətta, tarixi və çoğrafi təhriflərə əl atdı və ilk növbədə əlifba hərflərini dəyişdirdi”.

“Kommunist hökumətinin etdiyi dəyişiklərdən biri də dinin yerinə musiqi və teatrı tərvic verməsi idi. Bununla xalqı məşğul etdilər, onları din və dindarlıqdan uzaqlaşdırdılar”- deyə, o vurğulayıb.

Qafqaz müəssisəsinin sabiq rəhbəri həmçinin deyib: “1990-cı il 19 yanvarda Azərbaycanın müsəlman xalqı Araz çayının qırağına toplaşdılar. Onlar Vətən torpağını öpmək üçün anları sayırdılar. Özlərinin Əhli-beytə (ə) və İmama sevgilərini nümayiş etdirdilər. Sabiq SSRİ də müsəlman xalqının böyük hissəsinin hərəkətini müşahidə edərək, onların İran İslam ölkəsi torpaqlarına daxil olmasına mane olmadı. İrana ayaq basan Azərbaycan müsəlmanları məscidlərə, hüseyniyyələrə üz tutur, orada namaz qılır, Quran oxuyur, İmam Hüseynin (ə) bayrağını öpməklə özlərinin İslam və Əhli-beytə (ə) sevgilərini sübut edirdilər”.

Nəsiryanfər deyib: “Təəssüflər olsun ki, hal-hazırda Azərbaycan dövləti öz müsəlman-şiə vətəndaşlarını ən kiçik azadlıqdan belə məhrum edir, hətta Əhli-beytə (ə) sevgilərini göstərməyə, onlar üçün əzadarlıq etməyə icazə vermir. Əhalisinin 98 faizi müsəlman olan bir ölkənin müsəlmanlarının ən kiçik azadlığı belə yoxdur. Çünki Azərbaycan dövləti ölkənin müsəlman xalqının Əhli-beytə (ə), xüsusilə də İmam Hüseynə (ə) sevgisindən xəbərdardır. Dövlət, şiələri azadlıqdan məhrum etməklə İslam düşmənləri, vəhabilər və sionist rejiminin şiələr arasına nüfuz etmək və şiələrə qarşı məkirli planlarını icra etmək üçün imkan yaradır”.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button