Artıq İslam dünyasının həssas yanaşdığı müqəddəs üçaylar daxil olmuşdir.
Giperssilka.ru bildirir ki, Müqəddəs Ramazan ayının xəbər vericisi olan bu ayların ilki, Rəcəb ayının ilk günü cari ildə 13 fevral tarixində daxil olması gözlənilir. Müsəlman aləmində daha çox ibadətə zaman və diqqətin ayrıldığı bu dövrdə Allah evləri olan məscidlər xüsusilə diqqət mərkəzində olur. Belə bir vaxtda məscidləri üzünə bağlı olan müsəlman Azərbaycan xalqında yaranmış vəziyyət narazılıqları artırmaqdadır.
Hazırda ölkə xalqı məscidlərin açılmasını, qarşıdakı mənəviyyat aylarında Allah evlərində mənəvi ünsiyyətə can atır. Ağ Partiya sədri Tural Abbaslı hesab edir ki, bu dönəmdə ibadətlərin normal şəkildə həyata keçirilməsi üçün Operativ Qərargah dərhal, yubanmadan qərar verməli, Azərbaycanda məscidlər və ziyartgahlar fəaliyyətə başlamalıdır. Saytımıza açıqlamalarının davamında T.Abbaslı deyib:
“Əslində pandemiya günlərində karantin ağırlaşdırılan günlərdə məscidlər də bağlandı. Sonradan biz gördük ki, dönəm-dönəm karatin şərtləri gah yüngülləşdirildi, gah da ağırlaşdırıldı, amma heç bir mərhələdə məscidlərin açılmasından söhbət getmədi. Hətta bir ara məmurlardan biri bu barədə dedi ki, məscidlərin açılması söhbət mövzsu da deyil. Amma dönəm-dönəm oldu ki, bir sıra xidmət sahələri açıldı-bağlandı, açıldı-bağlandı, sonra bir də açıldı, amma məscidlər ümumiyyətlə açılmadı, hansı ki, koronaviruius infeksiyasının yayılmasının qarşısını almaq üçün bəlkə də ən asan nəzarət olunası yerlərdən biri də məscidlərdir. Niyə? Bir, çünki məscidlərin ərazisi böyükdür və oarada sosial məsafəni saxlayaraq ibadəti təşkil etmək çox rahat ola bilər. Eyni zamanda, bildiyiniz kimi, hər bir məsciddə video müşahidə cihazları var və məscidlər də nəzarətdədir, dolayısı ilə əgər orada kütləvi şəkildə karantin şərtləri pozularsa, xəbərdarlıq edilmə mexanizmi var. Sadəcə mən düşünürəm ki, Azəraycan iqtidarı yanlış olaraq bu məsələni ciddiyə almır. Hətta bərbərxanaların açılması, geyim dükanlarının, satış mağazalarının açılmasına ciddi yanaşırlar, nəinki inanclı insanların öz ibadətlərini və dinindən irəli gələn ayinlərini yerinə yetirilməsi üçün məscidlərin açılmasına. Yaxın üç ayda İslam dinində müqəddəs üçaylara deyilən dönəm başlayır. Bu dövrdə müxətif vaxtalrda insanalr məsciudlər gedir, ibadətlər, dualar edirlər. Hələ mən cümə namazlarını demirəm. Düşünürəm, bu ibadətlərin normal şəkildə həyata keçirilməsi üçün Operativ Qərargah dərhal, yubanmadan qərar verməlidir və artıq məscidlərin fəaliyyəti başlamalıdır. Bu məsələ yubandıqca, artıq inanclılarda etirazlar, narazılıqlar yaranır”.
Hazırık məqamda ibadət məkanlarının bağlı qalmasının vətəndaşlar arasında etirazlar və narazılıqlar doğuracağına diqqət çəkən Ağ Partiya sədri QMİ sədri Hacı Allahşükür Paşazadəyə müraciət edərək onu məsələnin həlli üçün vəziyyətlə bağlı mövqe nümayiş etdirməyə çağırıb:
“Bizə bu narazılıqlar sərf etməz. Ümumiyyətlə, etirazlar yaranmasa da belə, vətəndaşların konstitusion hüquqları var, vicdan azadlığının təminatı var və heç bir operativ qərargahın qərarları konstitisiyadan üstün deyil. Bəlkə də bu məsələ gündəmə gətirilmədiyi üçün iqtidar bu məsələnin üstünə getməyib, amma indi sizə də təşəkkür edirəm ki, məsələni aktuallaşdırırsınız. Mən çıxışlarımda bir neçə dəfə bu məsələyə toxunmuşam. Bu gün bir daha qeyd edirəm ki, məscidlərin açılmasını və insanların normal ibadət hüququnun təmin olunmasının tərəfdarıyam. Güman edirəm ki, ya bu həftə, ya da üzümüzə gələn həftə əzrində mütləq bəlli bir qaydalar tətbiq olunaraq nəhayət ki, ibadət yerləri inanclıların üzünə açılacaq. Çünki bunun əksini iddia etmək və hələ də məscidləri bağlı saxlamaq üçün xüsusi bir səbəb görmürəm. Bu istiqamətdə biz partiya olaraq da lazımi addımlar atacağıq və təkliflərimizi də verəcəyik. Mən həm də buradan QMİ-yə, onun sədri Hacı Allahşükür Paşazadəyə səslənirəm ki, bu məsələ ilə bağlı çıxış eləsin, hökumətə təklif versin, mövqeyini bildirsin ki, bu məsələ daha çox gündəmə gəlsin, mövzu ciddiyə alınsın və nəhayət ki, üzün müddətdən sonra məscidlərimiz açılsın, inşaAllah”.
Qeyd edək ki, Azərbaycanda məscidlər pandemiya üzündən 2020-ci ilin may ayından bağlanıb və həmin dövrdən ölkədə müsəlmanların ibadət məkanları bağlı saxlanılır. Bununla yanaşı ölkədəki kilsə və sinaqoqlar fəaliyyətini davam etdirməkdə, məsihi və yəhudi vətəndaşlar ibadətlərində məhdudiyyətlə qarşılaşmırlar.