ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Paşiniyan Laçın dəhlizi müqabilində Zəngəzur dəhlizinin labüdlüyündən danışıb

Ermənistanda baş nazir vəzifəsini yerinə yetirən Nikol Paşiniyan bu ölkə parlamentində etdiyi çıxışında həll olunmamış qalan məsələlərin həllinə çağırıb:” bu gün beynəlxalq güclər qeyd edir ki, problem həll olunmayıb. Hansı prinsiplər əsasında həll olunmalıdır, bunu müzakirə etmək lazımdır”- deyə Paşiniyan bildirib.

Qafqaz.ir-nin verdiyi məlumata görə, Nikol Paşiniyan parlamentdə etdiyi çıxışında deyib: “Azərbaycan ərazisindən keçmək istəyirik,Azərbaycan bizim ərazidən keçməsin? Bunu necə təsəvvür edə bilirik? Başqa cür də ola bilər: onlar da keçməyəcək, biz də. Bu onu göstərəcək ki, özümüz öz ölkəmizi blokadaya almaq siyasətini aparırıq. Belə olmaz, həllə getmək lazımdır”.

Paşinyan parlamentdə çıxışı zamanı deyib ki, müxalifətin açıqladığı üçtərəfli razılaşma mətni həqiqətən mövcuddur və son 2 gündə işçi formatda tərəflər arasında müzakirə olunur. Paşinyan deyib ki, Azərbaycanla Ermənistanın delimitasiya və demarkasiya aparılmalı olan sərhədləri yoxdur. Və əgər indiki situasiya (Garagöl ətrafındakı vəziyyət) həll edilsə belə, gələcəkdə analoji situasiya yarana bilər.

“Biz yenə də beynəlxalq hay-küy qaldırmaq yolu ilə getməliyik? Sonda biz məlum hadisələrdən sonra elə situasiya ilə üzləşmişik ki, bunu idarə etmək lazımdır. Ona görə də bu məsələlərlə məşğul olmaq üçün üçtərəfli komissiyanın yaradılması təklifi meydana çıxdı”,-Paşinyan bildirib.

O, qeyd edib ki, sənəddəki mühüm bənd tərəflərin situasiyanı qoşunların hərəkəti yolu ilə deyil, ancaq diplomatik yolla həll edəcəyi barədədir. Azərbaycanla diplomatik münasibətlər olmadığından Yerevan bu komissiyanın üçtərəfli olmasını istəyir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button