ArxivXəbər lentiXəbərlər
İraqdakı azərbaycanlı uşaqlar yaxın günlərdə Vətənə qaytarılacaq

Orada qalan digər azərbaycanlı uşaqların da yaxın günlərdə Azərbaycana gətirilməsi üçün işlər görülür
qafqaz.ir rakurs.az-a istinad xebere gore.”İraqda qalan Azərbaycan vətəndaşlarının taleyi dövlətimizin müvafiq qurumlarının tam diqqətindədir”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
Rəhbərlik etdiyi komitənin də bu məsələni diqqətdə saxladığını qeyd edən M.Qurbanlı bildirib ki, azərbaycanlıların Vətənə qaytarılması istiqamətində tədbirlər görülür: “Orada qalan digər azərbaycanlı uşaqların da yaxın günlərdə Azərbaycana gətirilməsi üçün işlər görülür. Proses gedir”.