ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Paşinyan Əliyevin görüşdən imtina etməsindən təəssüfləndiyini deyir (yenilənib)

Paşinyan deyib ki, görüş baş tutardısa, dönüş əhəmiyyətli sənəd imzalana bilərdi.
Baş nazir bu barədə oktyabrın 4-də hökumətin iclasında müxalifətin etirazına münasibət bildirərkən danışıb.
“Biz Qranadaya səfərimizi təsdiqlədik. Çox konstruktiv və nikbin idik, çünki düşünürdük ki, dönüş əhəmiyyətli bir sənəd imzalamaq şansı var. Əslində, bu səhərə qədər bu ehtimalı çox yüksək qiymətləndirmişik. Bu, marionet müxalifətin dağıdıcı sənəd kimi təqdim etməyə çox çalışdığı bir sənəddir. Aydındır ki, heç kim hava limanına gedən yolu kəsə bilməz, ona görə də nə baş verdi? Məlum oldu ki, planlaşdırılan görüş ümumiyyətlə və bizim günahımız olmadan baş tutmayacaq”, – deyə Paşinyan əlavə edib.
Paşinyan bildirib ki, artıq Qranadaya Ermənistanın xarici işlər naziri və Təhlükəsizlik Şurasının katibinin də daxil olduğu nümayəndə heyəti göndərilib.
“Biz səfəri ləğv etməmişik, ora gedəcəyik, görüşlər keçirəcəyik, mövqelərimizi daha ətraflı təqdim etməyə çalışacağıq”.
O, Əliyevlə görüşün baş tutmayacağına təəssüfləndiyini vurğulayıb:
“Amma ümid edirik ki, masa üzərində olan konseptual sənəd əlverişli vaxtda imzalanacaq. Mən bu müqaviləni imzalamağa hazıram və çox təəssüf edirəm ki, sabah çox vacib qərarın qəbul edildiyini açıqlamaq imkanım olmayacaq”.
Baş nazirin sözlərinə görə, imzalanacaq sənədin Azərbaycanın maraqlarına zidd, Ermənistanın maraqlarına tam uyğun olduğunu düşünməyə ehtiyac yoxdur.

Səbəb kimi Türkiyənin görüşə çağırılmadığı göstərilir
Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-də planlaşdırılan beştərəfli görüşdən imtina edib.
Bu barədə hökumətə yaxın media resursları məlumat yayıb.
Bildirilir ki, Prezident İlham Əliyev Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın Baş naziri Nikol Paşinyanla Qranadada keçiriləcək görüşə getməkdən imtina edib.
“Buna səbəb nəzərdə tutulan beştərəfli görüşün iştirakçılarından biri olan Fransanın destruktiv mövqe tutması, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirak etməsi ilə bağlı fikir ayrılığıdır. Məhz belə bir şəraitdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib”, – deyə məlumatda qeyd olunur.
Türkiyə mediası Rəcəb Tayyib Ərdoğanın İspaniyaya səfərinin xəstəliyi səbəbindən ləğv edildiyi haqda məlumat yayıb.
“Ərdoğanın xəstəliyi səbəbindən AKP Qrup toplantısı baş tutmayacaq. Onun xəstəliyinin soyuqdəymə olduğu bildirilib”, – deyə vurğulanır.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Meydan TV-yə deyib ki, Azərbaycan xoşməramlı təklifləri Avropa İttifaqından qəbul edirdi, ayrı-ayrı ölkələrdən yox:

“Fransanın israrlı şəkildə bu məsələdə bitərəfli iştirakı qəbuledilməzdir”.
Tofiq Zülfüqarov hesab edir ki, sülh danışıqları Tbilisdə də davam edə bilər:
“Bilirsiniz, bu dövlətlərin hamısı öz maraqlarını güdürlər, sülh prosesi isə arxada qalır. Gürcüstan hakimiyyəti dəfələrlə Tbilisini danışıqlar üçün təklif edib, vasitəçilərsiz orada da görüş mümkündür”.
Siyasi şərhçi Anar Məmmədli isə tərəflər arasında konsensusun əldə olunmadığını güman edir:
“Bu cür görüşlərdə vasitəçilər əvvəlcədən razılaşdırılmalıdır. Görünür, rəsmi Bakı ilə razılaşma olmadığından ölkə başçısı Qranadaya getməkdən imtina edib”.
Anar Məmmədli Türkiyənin belə görüşlərdə iştirakını vacib və əhəmiyyətli sayıb:
