ArxivXəbər lentiXəbərlər

Bülənt Yıldırım: “İsrail-Türkiyə razılaşmasından sonra gücümüz zəiflədi”

Türkiyənin İHH Yardım Fondunun sədri Bülənt Yıldırım sionist İsrail rejimi ilə Türkiyə arasında əldə olunan razılaşmadan sonra, sionist İsrail rejiminə qarşı özlərini ilk dəfə zəif hiss etdiklərini bildirib.

Deyerler.org Türkiyə mediasına istinadən xəbər verir ki, Bülənt Yıldırım mətbuata açıqlamasında belə danışıb: “Bu müqavilə heç vaxt Türkiyə-İsrail münasibətlərini düzəldə bilməz. Türkiyə-İsrail münasibətlərinin pozulması təkcə Mavi Mərmərə ilə bağlı deyil. 1967-ci ildə Amerika gəmisinə İsrail necə hücum edib oradakı insanları necə qətlə yetirmişdisə, Mavi Mərmərəyə də elə hücum etmişdir və qətliam etmişdir. Türkiyə-İsrail münasibətləri İsrailin özbaşınalığı, qatil, qanunsuzluq və ədalətsizlik üzərində qurulan sistemlə bağlıdır. Bu münasibətlər fasilə vermədən müsəlmanları qətlə yetirən, insanların dinlərini təhqir edən, Quranı-Kərimi yerə atan bir İsrail ilə Türkiyənin münasibəti heç vaxt düzəlməz, bu mümkün də deyil”.

Sputnik-in xəbərinə görə, Türkiyə ilə sionist İsrail rejimi arasında imzalanan sazişin detalları haqqında məlumat verən Yıldırım belə danışıb: “Bu razılaşmadan sonra təəssüf ki, gücümüz zəiflədi. İlk dəfə İsrailə qarşı özümüzü belə zəif hiss edirik”.

Yıldırım bu müqavilədən sonra Türkiyənin xoş niyyətlərinə baxmayaraq, sionist İsrail rejiminin Qəzzaya və Əl-Əqsa məscidinə müdaxilə etdiyini bildirib. O, sionist İsrail rejiminin Türkiyəylə etdiyi razılaşmaya tabe olmadığını irəli sürüb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button