Məncə hələ İslamazəri saytının arxivindən o gözəl və xatirəli günlərin video və fotoları silinməyib.
Bəzi məmurları Şəhid Mübarizi qanunu pozmaqda və onun hərəkətinin əmrə tabe olmayan əsgərin hərəkəti kim dəyərləndiməyə çalışarkən, Abgül Süleymanov adında bir qeyrətli ruhani ayağa qalxır və Azərbaycanın bütün dindarlarını və ruhanilərini səfərbər edir. İslamazəri saytı, sutkanın 24 saatını bu Şəhidin xəbərlərini əks etdirməyə başlayır. Xalq ölkənin hər tərəfindən bu şəhidin evinə axın etməyə başlayır. Artıq Hacı Abgül istədiyinə çatıb. Çünki, Şəhid Mübarizin tanınmağından qorxan (əslində isə şəhadət məktəbindən qorxan) qrumlar, xalqın Şəhid Mübarizə qarşı məhəbbətini görəndən düz bir həftə sonra Şəhid Mübarizi mənimsəmək üçün, riyakarcasına onun evinə axışırlar. Uzun sözün qısası, hacı Abgül başda olmaqla, Azərbaycan ruhanilərinin və dindarlarının zəhmətləri nəticəsində Şəhid Mübariz Milli qəhrəmana çevirilir, onun cənazəsi vətənə qayıdır və gözəl dəfn mərsimi keçirilir.
Vallah əmin olun ki, əgər Hacı Abgülün hay-küyü və zəhmətləri olmasaydı, indi şəhid Mübariz və onun ailəsi vətənimizin məzlum şəhidləri kimi öz bəxtsiz talehinə qovuşacaqdı.
İndi bəs nə oldu ki, Şəhid Mübarizi xalqa və Azərbaycana tanıtdıran və onun ilk foto posterlərini vətənə yayan ruhanilərimiz və igidlərimiz RADİKAL, TƏXRİBATÇI qrub kimi qələmə verilirlər.
Son sözümü Şəhid Mübarizin əziz atasına ünvalayıram. Ata can, bir vaxt ayır, arxıv fotolara və filmlərə bax və gör bu gün radıkal qrub kimi adlandırdığın şəxslər kimlərdir? Onlar ilk dəfə sənin evinə axışıb sənin alnından öpənlər olublar. Onlar sizin evinizi ziyarətgaha çevirdilər. Cənubdan şimala qədər maşınlarını sizin qəhrəman oğlunuzun fotoları ilə zinətləndirdilər. O zaman harada yatmışdı sizə səhv və qərəzli məlumat çatdıran məmurlar?!
Biz sizi yaxşı başa düşürük, sizi də sıxıntıya salanlar var. Ata can, Allahdan sizə səbr, uzun ömür və can sağlığı diləyirəm
Allahın lənəti olsun haqqın üstünü örtmək istəyən zalımlara! Amin
Bir nəfər şəhid olandan sonra, o artıq bir ailəyə, bir şəhərə məxsus deyil. O Şəhid artıq Azərbaycanın bütün xalqına məxsusdur.