ArxivXəbər lentiXəbərlər
Paşinyan Qarabağdakı erməniləri sakitləşdirdi

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində etiraz keçirən ermənilər nümayişləri dayandırıb. qafqaz.ir FaktXəbər.az saytlına istinadən bildirir ki, bu barədə Qarabağdakı qondarma rejimin ombudsman aparatının rəhbəri Artak Beqlaryan məlumat verib.
“Bako Saakyanla əldə olunan razılaşmadan və Nikol Paşinyanın müraciətindən sonra mitinqləri koordinasiya edən komitə Xankəndindəki aksiyaların dayandırıldığını elan edib. Mövcud vəziyyətdə bu, düzgün qərardır, çünki dialoq və səmərəli ünsiyyət bütün tərəflərin maraqlarına cavab verir”, – deyə Beqlaryan əlavə edib.
Qeyd edək ki, iyunun 3-dən Xankəndi avtovağzalında etiraz aksiyasına çıxan ermənilər separatçı qurumda “güc strukturları”nın özbaşnalığına, sakinləri döyməsi və hədələməsinə etiraz edirdilər. Onlar “güc strukturları”na nəzarət edən bütün nazirlərin vəzifələrindən getməsini istəyirdilər.