Aktual

İrəvandakı çıxış və Hacı Abgül Süleymanovun yada düşən cümləsi

Bir neçə gün əvvəl Ramin Hacılının İrəvana səfəri və oradakı çıxışı ilə bağlı xəbəri oxudum.

Xəbər saytları bu xəbərə “Azərbaycan gəncinin Ermənistanda qalmaqallı çıxışı” başlığını seçmişdilər. Sözün düzü məndə bu xəbərə maraq da, sayt işçilərinin seçdiyi bu xəbər başlığından yarandı.

İndi gələk çıxışa. Çıxış diqqət etmədikdə bəlkə də, qəbuledilən olardı. Ancaq, Ramin Hacılı işğaldan danışmasına baxmayaraq çıxışın bu yerinə diqqət edək: “Gərək erməni xalqı da bunu qiymətləndirsin və sülh üçün fədakarlıq etsin. Bu fədakarlıq Ermənistan dövləti tərəfindən işğal altında saxladığı 6 rayonu qeyd-şərtsiz azad etməkdən ibarətdir. Bunun nə qədər çətin bir addım olduğunu anlayıram. Bir sözlə biz öz xalqımıza sülh seçimini gələcəyə olan sevgi olduğunu aşılamalıyıq.”

Bəli Ramin Hacılının bu qədər sülh istəməsi öz işidir. Ancaq xalqın adından danışması böyük səhvdir. Asim Mollazadənin “Pis sülh, yaxşı müharibədən yaxşıdır” fikirlərinə oxşar bu açıqlamalardan Şah İsmayıl Xətai, Koroğlu şücaətinin iyi gəlmir.

Hacı Abgül Süleymanovun çıxışlarının birində deyir: “Qarabağı dünya uşaqları alan deyil, dünya uşaqlarının Qarabağda nə işi var? Qarabağı axirət uşaqları alacaqlar”..
Bəli, necə də gözəl və yerində deyilmiş söz. “Sülhpərəst”ləri “dünya uşaqları” və ya “dünyəvi” kimi nəzərə alsaq Hacı Abgülün bu uzaqgörən fikirlərinə görə, Qarabağın işğal altından azad edilməsi məhz axirət üçün tərbiyə edilən uşaq, yeniyetmə və gənclərə bağlıdır.

Əgər bu gün bizlər uşalqarımızı bu tip ruhiyyədə böyütsək, onda onlar böyüyəndə “vətəni sevmək imandandır” hədisinə əməl etməyi daima özünə borc biləcək.
Yox əgər dünyaya bağlı olsa, ən yaxşı halşda “pis sülh” istəyəcək.

İndi gələk əsas məsələyə, Ramin Hacılı torpaqlarımızın işğal altından azad edilməsini tələb edərkən 6 rayonun azad edilməsini tələb edib.
Maraqlıdır, bəs digər rayon və şəhər, həmçinin işğal altında olan kəndlər necə olacaq? Ola bilsin hazırda müzakirə olunan 6 rayonun işğaldan azad edilməsinin gündəmdə olmasını Ramin Hacılı dəlıil gətirəcək.
Ancaq onu bilməliyik ki, Ramin bəy heç də, Azərbaycan-Ermənistan arasında danışıqlar aparan nümayəndə deyil.

Odur ki, bu çıxış tənqidə layiqdir.

Gəlin torpaqlarımızın azad edilməsi üçün şücaət və Mübariz İbrahimov kimi qəhrəmanlarımızı təbliğ edək.

Çünki, müharibədən qorxaraq “sülh-sülh” ifadələri işlədən şəxslər tarixdə heçdə “sülh pərisi” kimi deyil, məhz “yalıncıq”lar kimi həkk olunacaqlar.

İslamazeri

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button