ArxivXəbər lentiXəbərlər
Perinçək: Türkiyə İranın yanında yer almalıdır

Qətərə əsgər göndərməklə Türkiyəni müdafiə edirik.
Axar.az xəbər verir ki, bu sözlər Türkiyənin Vətən Partiyasının rəhbəri Doğu Perinçəyin “Aydınlıq” qəzetində dərc olunan məqaləsində yer alıb.
“Qarşımızda ABŞ və İsrail kimi böyük güclər var. Türkiyə vətən bütövlüyünü qorumaq üçün geniş güclərlə birləşmək məcburiyyətindədir. Bölgədə ABŞ və İsrailə qarşı açılan hər cəbhə bizim vətən savaşımızı gücləndirir. Biz Qətər, Suriya və İranın yanında mövqeyimizi gücləndirsək, qazanacağıq”, – deyə o məqaləsində bildirib.