Peşakar idmançımız Yusif Məmmədov Türkiyə rinqlərində yenə qələbə qazandı – VİDEO

19 yaşlı azərbaycanlı idmançı, peşakar rinqin yeni parlayan ulduzu Yusif Məmmədov Türkiyənin Eskişehir şəhərində peşakar rinqdə yeni qələbəsinə imza atıb
19 yaşlı azərbaycanlı idmançı, peşakar rinqin yeni parlayan ulduzu Yusif Məmmədov Türkiyənin Eskişehir şəhərində peşakar rinqdə yeni qələbəsinə imza atıb.
O Türkiyənin güclü idmançısı Sinan Çağalaya 3 raundluq döyüşdə 2-1 hesabı ilə qalib gəlib.
Yusif Məmmədov Türkiyənin çox güclü peşakar döyüşçüsü, Avropa və Dünya çempionu Kənan Günaydına nakautla qələbə qazanandan sonra Türkiyə mediasının diqqət mərkəzindədir. Yusif Məmmədov İstanbul Zeynəbiyədə”Akpolat” İdman klubunda məşq edir, döyüşlərinin çoxunu nakautla başa vurub.
Qeyd edək ki, yaxın günlərdə Yusifi Hollandiyada böyük bir yarış gözləyir, bu döyüşdə idmançımıza uğurlar arzu edirik!