Azərbaycan-İran iqtisadi Komissiyasının tərkibi təsdiq edilib

Dövlət başçısının bununla bağlı imzaladığı sərəncama əsasən, Komissiyanın tərkibi aşağıdakı kimi təsdiq edilib:
Komissiyanın həmsədri
Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiyanın üzvləri:
Azərbaycan Respublikasının energetika naziri
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti
Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri.
Sərəncamla Xarici İşlər Nazirliyinə bu barədə İran İslam Respublikası tərəfinə bildiriş göndərmək tapşırılıb.