Xəbərlər
Peyğəmbərimiz (s) barədə qalmaqallı mesaj

Türkiyəli jurnalist, “Hürriyet” qəzetinin dəb yazarı Melis Alphanın sosial şəbəkədə peyğəmbər barədə yazdığı mesaj ölkədə qalmaqala səbəb olub.
Alphanın yazdığı mesaj mətbuatda və sosial şəbəkədə kəskin etirazla qarşılanıb.
Jurnalist, “Hz. Muhamməd bu qədər sui-istifadə eiləcəyini bilsəydi, məncə bu dini icad etməzdi”, – yazaraq İslam dininin Allah tərəfindən göndərilməsini şübhə altına alıb.
Melis Alphan növbəti mesajına peyğəmbəri təhqir etmədiyini, belə inandığı üçün bu cür yazdığını bildirib.
Jurnalist gecə səhərə qədər Twitterdə dindarların haqlı hücumuna məruz qaldığını bildirib./ANS PRESS/