Islam
Müsəlmanlara qaşı həyasızlıq: məscidin önünə donuz başı atdılar

Dünən camə namazına gələn müsəlmanlar Yunan Ərəb Mədəniyyət Mərkəzindəki məscidin qarşısına donuz başı atıldığını görüblər.
Maide.az-ın məlumatına görə, məscidin qapısına həmçinin qırmızı boya ilə xaç işarəsi də çəkilib. Bölgədə yaşayan müsəlman xalqın hadisədən sonra böyük narahatlıq keçirdiyi bildirilir. Polis mövzu haqqında hələlik heç bir açıqlama verməyib. hadisənin kim, ya da kimlər tərəfindən edildiyi araşdırılır.
Bölgədə fəaliyyət göstərən müsəlman dərnəkləri hücumu qınayaraq, insanların dini seçimlərində azad olduğunu xatırladıb.
Qeyd edək ki, Yunanıstanda keçən il Dadağaçda da bir məscidin qapısının önünə naməlum şəxslər donuz başı atılmışdı.